Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində andiçmə mərasimi keçiriləcək
Bakı, 8 noyabr AZƏRTAC
Noyabrın 13-də Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusunun və birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edəcəklər.
Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının və ictimaiyyətin nümayəndələri, veteranlar və əsgərlərin valideynləri iştirak edəcəklər. Mədəni-kütləvi tədbirlər keçiriləcək və valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə də tanış olacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [10:45]