Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim Mərkəzində olub
Bakı, 7 iyun, AZƏRTAC
İyunun 7-də Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Hava Qüvvələrinin Təlim mərkəzlərindən birində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir, general-polkovnik Zakir Həsənov pilot və texniki heyətlə görüşüb, təlim mərkəzindəki mütəxəssislərin hazırlığı ilə maraqlanıb, aerodrom-texniki avadanlıq, trenajor və simulyasiya siniflərinə baxış keçirib.
Tədbirdə təlim-məşq hazırlığının müasir avadanlığın tətbiqi ilə keçirilməsi və heyətlərin uçuş təcrübəsinin artırılması ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığına tapşırıqlar verilib.