Müdafiə Nazirliyinin rəhbərliyi səhra şəraitində müşavirə keçirib
Bakı, 14 noyabr, AZƏRTAC
Müdafiə Nazirliyinin rəhbərliyi təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədən məqsəd ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları və məntəqələrindəki fəaliyyətlərlə tanışlıq idi.
Müşavirədə təlimlərə cəlb edilən birləşmələrin, hərbi hissələrin komandir və rəis heyətinin fəaliyyəti, planları və qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib, müvafiq tapşırıq və göstərişlər verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 30 sentyabr
- 30.09.2026 [10:45]