Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müəllimlər peşə bayramlarında təəssüratlarını bölüşdülər REPORTAJ

Müəllimlər peşə bayramlarında təəssüratlarını bölüşdülər  REPORTAJ

Bakı, 5 oktyabr, Aysel Azad, AZƏRTAC

5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildən, müstəqil Azərbaycanda isə 1993-cü ildən qeyd edilir.

AZƏRTAC-ın əməkdaşı bu əlamətdar gün münasibətilə həm təcrübəli, həm də bu peşədə yeni addımlar atan müəllimlərlə söhbətləşib.

İlk müsahibimiz 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru Xanım Qasımova Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir. İyirmi ildən artıqdır ki, 4-5-ci siniflər üçün Azərbaycan dili dərsliklərinin, müəllimlər üçün metodik vəsaitlərin hazırlanmasında iştirak edir. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan müsahibimiz müəllimliyin insandan sevgi, fədakarlıq, daim üzərində işləməyi tələb etdiyini bildirib. 

Şagirdlərin gözlərindəki maraq və sevginin onu bu peşədən yorulmağa qoymadığını deyən Xanım Qasımova işinin nə qədər gərgin olmasına baxmayaraq, aldığı müsbət nəticələr, şagird və valideynlərdən gələn bir xoş söz ilə bütün yorğunluğuna son qoyulduğunu söyləyir: “Müəllim ömrü neçə-neçə insanın həyat yolu ilə kəsişən bir ömürdür. Xoşbəxtəm ki, belə bir ömrü yaşayıram. Müəllimliyə başladığım ilk günlər unudulmazdır. Həmin günlərdə qürur, məsuliyyət və sevinc hissləri məni tərk etmirdi. Bu, indi də davam edir. Mənə müəllimliyi Azərbaycan dili və ədəbiyyat müəllimim Şaiq İbrahimov sevdirib. Bakı Dövlət Universitetinin I kursunda təhsil alanda minnətdarlığımı bildirmək üçün müəllimimi görməyə getmişdim. Məni dərsinə dəvət edərək, həmin dərsi mənə həvalə etdi. İlk dərsim olduğu üçün həyəcanlansam da, bu təklifi sevə-sevə qəbul etdim. Şagirdlərlə Füzulinin “Meyvələrin söhbəti” əsərinin təhlilini apardım. Müəllimim arxa sırada əyləşib məmnunluqla məni izləyirdi. Bu, mənim üçün unudulmaz dərs oldu.

Müəllimin ən böyük qazancı yetişdirdiyi şagirdlərinin uğurudur. Şagirdlərimin həyatdakı uğurlu yolu məni hər zaman sevindirir. Müxtəlif sahələrdə çalışan, başqa ölkələrdə fəaliyyət göstərən şagirdlərim müəllimlərini unutmurlar. Televiziya verilişini seyr edərkən aşıq qızımız Samirənin xoş sözlərini təsadüfən eşitməyim, Avropada tədbirdə olarkən bir müşavirin yaxınlaşıb “Siz mənim müəllimim olmuşunuz” deməyi, illər öncə dərs dediyim şagirdlərdən gözlənilmədən gələn gül dəstələri müəllim kimi məni daha çox fəaliyyət göstərməyə sövq edir. Onların qəlbində yaşamaq ən böyük xoşbəxtlikdir. Vətəndaş yetişdirmək müəllimin ən ümdə vəzifəsidir”.

Hər bir şagirdin müəllimin yaddaşında qaldığını deyən Xanım Qasımova müəllimin şagirdinə öz ruhundan pay verdiyini, həyatda mövqe tutmağın yollarını öyrətdiyini bildirib: “Müəllim olaraq fəaliyyət göstərdiyim müddət ərzində minlərlə şagirdim olub. Hər biri ilə bağlı xatirələrim var. Hətta bu xatirələrdən ibarət kitab da yazmaq istərdim. Məktəbdə ilk dəfə sinif rəhbəri olduğum 5-ci sinifdə şagirdlərdən birinin qayda pozduğuna görə məktəbdən xaric olunacağını öyrəndim. Həmin şagirdə direktordan bağışlanmasını istəməyi təklif etdim. Bu, müsbət nəticə vermədikdə özüm rəhbərliyə yanaşıb şagirdim məktəbdən xaric olunursa, mən də işdən çıxmaq haqqında ərizə yazacağımı bildirdim. Həmin şagird məktəbdə qaldı. O gündən illər keçsə də o, hər zaman əlaqə saxlayır, məni unutmadığını deyir.

Fəaliyyətimiz müddətində qaydaları pozan, təhsilə biganə yanaşan şagirdlərlə qarşılaşırıq. Əsl pedaqoq yaxşı şagirdlərlə işləyən deyil, bu cür şagirdlərlə əzmlə çalışıb, onları da yaxşılar sırasına cəlb edəndir. Müəllimin diqqəti, sevgisi, məsuliyyəti yola gəlməyən şagird üçün ən təsirli “tənbehdir”.

Valideynlərə tövsiyə edirəm ki, övladlarını yalnız yüksək biliyi olan müəllimlərə deyil, təmiz ruhu olan, cəmiyyətdə sözünü deyən, yalnız biliyi ilə yox, geniş üfüqlərə yelkən açaraq öz üzərində daim işləyən, övladına mütaliəni sevdirən, onları layihələrə, tədbirlərə cəlb edərək sosiallaşdıran müəllimlərə əmanət etsinlər. Əks-təqdirdə ən ağıllı şagird belə bir şəxs kimi tam formalaşa bilməz. İnsanı bilik deyil, ruh tərbiyə edir, formalaşdırır. Bilik hər zaman əlçatan olur. Güclü ruha sahib insanlar uğurlu insanlardır”, - deyə o, fikrini yekunlaşdırıb.

Elvin Səlimov 27 nömrəli tam orta məktəbin informatika müəllimidir. Beş ildən artıqdır ki, müəllim kimi fəaliyyət göstərən Elvin Səlimov həm də Vətən müharibəsinin iştirakçısıdır. Orta məktəbdə oxuyarkən müəllimlik peşəsinə böyük maraq göstərdiyini deyən müsahibimiz bu peşəni ona müəllimlərinin sevdirdiyini bildirib: “Müəllimlərin verdiyi tapşırıqları yerinə yetirir, həmin tapşırıqların, nəzəriyyələrin nə dərəcədə bizim gələcək həyatımızda rolu olduğunu araşdırırdım. Məsələn, riyaziyyat müəllimimiz Pifaqor teoreminin ətraf aləmdə hansı sahələrdə istifadə edilə biləcəyini, nə işə yaradığını bildirmişdi. Evə gəldikdən sonra televiziyada elmi proqramların birində müəllimin dediyinin eynisi ilə rastlaşdım. Mən araşdırmalar aparırdım və keçdiyimiz fənlərin tətbiq sahələrinin müxtəlifliyini anlayırdım. Bütün bunlar və müəllimlərimin həm cəmiyyət, həm dövlət tərəfindən necə rəğbətlə qarşılanmağı məndə bu peşəyə xüsusi maraq yaratdı. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdim və 2018-ci il üçün informatika fənni üzrə ən yüksək nəticəni toplayaraq müəllim kimi fəaliyyətə başladım. Şagirdlərin sevgisini qazandığımı bildikdən sonra müəllimliyə sevgim daha da artdı. Bu peşədən heç vaxt yorulmamışam. Düşünürəm ki, hətta fiziki yorğunluq olsa belə, peşəyə sevginin yaratdığı motivasiya bu yorğunluğu biz müəllimlərə sevdirməlidir. Bəzən bu yorğunluq bizə mənəvi cəhətdən xoş gələ bilir”.

Elvin Səlimov müəllimlik fəaliyyətində ən yaddaqalan hadisənin İkinci Qarabağ müharibəsindən qayıtdıqdan sonra şagirdləri tərəfindən qarşılanmasının olduğunu deyib: “Həmin ərəfədə dərslər onlayn keçirilirdi. Şagirdlərimlə üzbəüz görüşlərimizdə mənə necə qəhrəman müəllim kimi baxdıqlarını gördükdə həm sevinir, həm kövrəlirdim. Mənə verilən müxtəlif suallar və cavablarım onlar üçün yaddaqalan olmuşdu”.

“Günümüzdə müəllim məvacibinin gündəlik xərclərin qarşılanmasına yetərli olduğunu düşünürəm. Kişi müəllimlərinin son dövrlərdə bu peşəyə marağının artması buna sübut ola bilər. Mən, həmçinin “Rəqəmsal bacarıqlar” layihəsində təlimçiyəm. Düşünürəm ki, müəllim öz üzərində işlədikcə, öz araşdırmalarını və fəaliyyətini genişləndirdikcə, daha da yüksək uğurlar əldə edə bilər.

Təhsil aldığım orta məktəbə yaxın ərazidə qalıram. Həyatımda iz qoyan müəllimlərimlə qarşılaşıram. Onların bəziləri müəllim olduğumu bilmirdilər. Mən bunu bildirəndə bir neçəsi eyni reaksiyanı verərək “Sənin üçün ən layiqli peşəni seçmisən” deyirdilər. Çünki mənə bu peşəni sevdirən məhz həmin müəllimlər olub. İbtidai sinif müəllimim olan Ofeliya müəlliməni məktəbi bitirdikdən sonra təqaüdə çıxdığı üçün görməmişəm. Onu görsəm bildirərəm ki, mənə verdiyi mənəvi dərslərin qarşılığı olaraq öz fəaliyyətimlə üzünü ağ etməyə çalışdım və ümidvaram ki, bacardım”, - deyə Elvin Səlimov bildirib.

70 nömrəli məktəb-liseyin müəllimi Nərgiz İbrahimova isə bu peşədə ilk addımlarını atır. Müəllim ailəsində dünyaya gələn Nərgiz İbrahimova böyüdükcə müəllimlərinin həyatında oynadıqları rolu görüb müəllim olmağa daha da həvəsləndiyini söyləyib: “Mənim üçün müəllimlik yüzlərlə uşağa həyat olmaq, onların elmi biliyini artırmaq, oxumağa, öyrənməyə maraq oyatmaq, ən əsası da vətənimiz üçün ziyalı yetişdirməkdir. Düzdür, hər kəs oxuyub savadlı olmaya bilər, amma yaxşı insan formalaşdırmaq, ölkəmiz üçün xeyirli, ağıllı bir vətəndaş yetişdirmək hər şeydən vacibdir. Şagirdlərimə işıq ola bilmək üçün, həyatlarının müəyyən bir hissəsində yer alıb onlara doğru yolu göstərmək üçün müəllim olmağa qərar verdim.

Mənə müəllimliyi sevdirən, bu müqəddəs peşəyə maraq oyadan, həyatımın hər məqamında məni dəstəkləyən və ilk müəllimim babam olub. Fransız dili müəllimi olsa da, hərfləri, oxumağı, saymağı, şeirləri, ədəbiyyatı mənə kiçik yaşlarımdan sevdirib. Bu gün müəllim olmağımda, peşəmi bu qədər çox sevməyimdə babama borcluyam.

Məndə xüsusi iz qoyan müəllimim isə Azərbaycan dili və ədəbiyyat müəllimim olub. Onun sayəsində mən dilimizin əhəmiyyətini, şair və yazıçılarımızın xalqımız üçün daim çalışdığını, amalımızın vətənimiz üçün çalışmaq olduğunu öyrəndim. Müəllimimlə qarşılaşsam, məndə qoyduğu xatirələr üçün təşəkkür edər, minnətdarlığımı bildirər, “Yaxşı ki, mənim müəllimim oldunuz. Mən sizin sayənizdə bu gün xalqımız üçün çalışıram” deyərdim”.

Gənc müəllim hesab edir ki, dəcəl şagird yoxdur, oxumağa marağı daha az olan şagird var. Belə şagirdlərlə işləmək üçün onunla fərdi söhbət aparmaq vacibdir.

“Həmin şagirdin intellektini öyrənmək, daha sonra marağı hansı istiqamətədirsə, ona uyğun fəaliyyət qurmaq lazımdır. Əgər ona maraqlı nəsə olsa, dərsə marağı artar və zamanla dəcəllik adlandırdığımız fəaliyyəti ortadan qalxar. Mənim sinfimdə də hiperaktiv, danışmağı sevən, yerində sakit dayanmayan şagirdlərim var. Belə uşaqlarla müxtəlif təlim üsullarından istifadə edərək işləyirəm. Akvarium, əqli hücum, qar topası kimi təlim üsulları onları daim hərəkətdə saxlayır və dərs oyun üzərində qurulduğu üçün daha maraqlı və öyrədici keçir.

Çalışıram ki, hər hansı bir şagirdi yoldaşları arasında danlamayım. Danlaq həm müəllim-şagird münasibətinə zərər vurur, həm də şagirdin həmin fənnə marağını azaldır. Bu səbəbdən uşaqlara müsbət cəzalandırma üsulundan istifadə edirəm, yəni dərsə hazırlıqsız gələn şagirdi dərsdən sonra 15 dəqiqə sinifdə saxlayıb başa düşmədiyi mövzunu yenidən işləyirəm və şagirdin yazmadığı mövzuları yenidən ondan tələb edirəm. Onu da bilməliyik ki, yazılmayan hər tapşırığın, oxunmayan hər bir dərsin arxasında mütləq bir səbəb dayanır. Buna görə şagirdlə fərdi söhbət aparıb ona istiqamət vermək, kömək olmaq danlaqdan daha yaxşı bir seçimdir”, - deyə Nərgiz İbrahimova qeyd edib.

Azərbaycan müəlliminə ən yüksək qiyməti isə Ulu Öndər Heydər Əliyev verib. Ümummilli Lider müəllimlər haqqında deyib: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”. Gününüz mübarək, əziz müəllimlər!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO