“Muğamat var olan yerdə” layihəsi çərçivəsində növbəti konsert
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində gənc xanəndə, “Televiziya muğam müsabiqəsi”nin qalibi Almaxanım Əhmədli konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert “Mədəniyyət” kanalı və Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Muğamat var olan yerdə” layihəsi çərçivəsində təşkil olunub.
Gecədə gənc xanəndənin ifasında “Cahargah kompozisiyası”, “Unuda bilmirəm”, “İnandır məni”, “Bayatı-Şiraz”, “Qal, sənə qurban”, “Yar bir olar, ya iki”, “Ehtiyacım var”, “Qarabağ şikəstəsi” dinlənilib.
Konsert proqramı böyük maraqla qarşılanıb.
Qeyd edək ki, AZƏRTAC da konsertin informasiya dəstəkçilərindəndir.