Muharrem Kaplan: Multikulturalizm milli mədəniyyəti zənginləşdirən bir qaynaqdır
Zaqatala, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Zaqatalada keçirilən “Azərbaycan folkloru və mədəni müxtəliflik” mövzusunda beynəlxalq elmi-praktik konfransa Türkiyədən qatılmışam. Konfrans çox işgüzar şəraitdə gerçəkləşir. Tədbirdə “Multikulturalizm milli mədəniyyəti zənginləşdirən qaynaq kimi” mövzusunda çıxışım nəzərdə tutulub.
Bu sözləri konfrans iştirakçısı, Türkiyənin Hacıtəpə Universitetinin doktoru Muharrem Kaplan Zaqatalada AZƏRTAC-a müsahibəsində deyib.
Belə bir tədbirdə iştirakından məmnun olduğunu bildirən türkiyəli alim Zaqatalanı və onun istiqanlı insanlarını çox sevdiyini vurğulayıb.