Münxen miqrasiya idarəsinin rüşvət almaqda təqsirləndirilən 7 əməkdaşı həbs edilib
Berlin, 12 mart, AZƏRTAC
Münxen miqrasiya idarəsinə qarşı irəli sürülən korrupsiya ittihamları ilə əlaqədar polis tərəfindən reyd keçirilib.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, daxili nəzarət qrupu miqrantların müvəqqəti yaşayış icazələrinin verilməsi ilə bağlı şübhəli hallar aşkar edib və bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Məsələ ilə əlaqədar 7 nəfər həbs olunub. Onların qanunsuz miqrant qəbul etməkdə və rüşvət almaqda təqsirləndirildiyi bildirilir. Hazırda istintaq davam edir və aidiyyəti qurumlar tərəfindən rəsmi açıqlamalar veriləcək.
Münxen miqrasiya idarəsi 1949-cu ildən fəaliyyət göstərir və hazırda 3800-ə yaxın əməkdaşı var.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]
Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir
- 29.09.2026 [16:40]
Myanmada 18 mindən çox sakin daşqından zərər görüb
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]