MURMANSK VİLAYƏTİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZIN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, mayın 13-14-də baş konsul Qüdsi Osmanov, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ş.Salmanov, Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini G.Həmzəyev Murmansk vilayətində işgüzar səfərdə olmuşlar.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və Murmansk administrasiyasının birgə təşkilatçılığı ilə mayın 13-də faşizm üzərində Qələbənin 62-ci ildönümünə və ümummilli liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş konsert təşkil edilmişdir. Tədbirdə Azərbaycan və Rusiya sənətçiləri çıxış etmişlər.
Murmansk vilayətinin vitse-qubernatoru L.Çistyakova qeyd etmişdir ki, bu cür birgə tədbirlərin keçirilməsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Mayın 14-də Murmansk şəhərinin mərkəzi kitabxanasında “Azərbaycan ədəbiyyatı” bölməsinin açılışı olmuşdur. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu kitabxanaya Azərbaycan haqqında nəşrlər hədiyyə etmişdir.
Murmansk şəhərinin meri, daxili işlər və federal miqrasiya orqanlarının rəhbər şəxsləri ilə görüşlərdə vilayətdə yaşayan azərbaycanlılarının problemləri, ikitərəfli mədəni və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]