Musa Quliyev: Azərbaycan koronavirusla mübarizə sahəsində ən qabaqcıl ölkələr sırasındadır
Bakı, 17 mart, Vüqar Qurbanoğlu, AZƏRTAC
Azərbaycan koronavirusla mübarizə sahəsində ən qabaqcıl ölkələr sırasındadır, hazırda hər cür təminatımız var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında bildirib.
“Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən gün ərzində bir neçə dəfə son vəziyyətlə bağlı məlumat verilir. Hesab edirəm ki, yalan məlumatların yayılmasının qarşısı alınacaq”,- deyən Komitə sədri insanları Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyə çağırıb.