MÜSABİQƏNİN İLK TURUNA YEKUN VURULUR
Gün ərzində 22 ifaçı dinlənilmişdir. Oksana Şutova (Qırğızıstan), Qoça Abuladze (Gürcüstan), Şanjin Tszyan (Çin), Mahirə Quliyeva (Azərbaycan), Fərhad Əmiri (İran) və başqaları çıxış etmişlər. Dekabrın 1-də ilk tura yekun vurulacaqdır. Münsiflər heyəti sədrinin müavini, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, professor Fərhad Bədəlbəyli demişdir ki, Bülbül adına Beynəlxalq müsabiqənin artıq üçüncü dəfə keçirilməsi çox fərəhli hadisədir. Müsabiqədə tələbələrimiz də iştirak edir. Azərbaycanın gənc vokalçısı Dinarə Əliyeva çox gözəl çıxış etdi. Əhəmiyyətli cəhət budur ki, müsabiqədə klassik musiqimiz təbliğ edilir, proqrama uyğun olaraq, Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun əsərləri səslənir. Bu repertuar digər ölkələrdə də ifa ediləcəkdir. Bu isə musiqimizin dünyada tanınması deməkdir. Müsabiqə həm də tələbələrimiz üçün böyük təcrübədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]