Müsavat Partiyasından qeydə alınmış namizədin müraciəti qismən təmin olunub
Bakı, 13 sentyabr, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası (MSK) 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının müraciəti qismən təmin edilib.
AZƏRTAC xəbər verir ki, bunu MSK-nın sentyabrın 13-də keçirilən iclasında Komissiya üzvü İlkin Şahbazov deyib.
O bildirib ki, Gülağa Aslanlı MSK-ya müraciət edərək namizəd olduğu dairə üzrə seçki prosesində pozuntularla əlaqədar məlumat verib.
İ.Şahbazovun sözlərinə görə, araşdırma aparılıb və müəyyən edilib ki, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə 30 saylı seçki məntəqəsində çatışmazlıqlar var.
Buna görə də 30 saylı məntəqənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]