MÜSƏLMAN QADINLARIN HÜQUQLARININ MÜDAFİƏÇİSİ QƏTLƏ YETİRİLMİŞDİR
Polisin məlumatına görə, Van Qoq paytaxt rayonlarından birinin bələdiyyəsindən çıxarkən xüsusi qəddarlıqla öldürülmüşdür – ona bir neçə güllə vurulmuş və bıçaq zərbəsi endirilmişdir. Yaralı Van Qoq küçənin o biri tərəfinə keçərək yıxılmışdır. Qatil ona yaxınlaşaraq daha bir neçə atəş açmış, bundan sonra onun bədəninə bıçaqla islami məzmunlu mətn sancmışdır.
Şahidlərin dediklərinə görə, cani “ərəb mənşəli, yaxud müsəlman kimi görünmək üçün qrimlənmiş adam” idi.
Dünya şöhrətli rəssamın qardaşının nəticəsi olan Van Qoq müsəlman qadınların hüquqlarının müdafiəçisi kimi də tanınırdı. O, islam cəmiyyətlərində qadınlara qarşı zorakılıq haqqında “Mütilik” adlı qısametrajlı film çəkmişdi. Film Niderlandda yaşayan müsəlmanlarda qəzəb doğurmuşdu.
Polis bildirir ki, şübhəli sayılan Mərakeş mənşəli bir Hollandiya vətəndaşı həbs edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]