Müstəqil Azərbaycanın vətəndaşı olan hər bir insan şəhidlərimizin xatirəsini qürurla anmalıdır
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 30 il ötür. Şəhidlərimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Mən hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm.
Bu sözləri Şəhidlər xiyabanına gələn Bakı sakini Arəstə Həsənova AZƏRTAC-a müsahibəsində deyib.
“Şəhidlərimizin xatirəsi hər zaman ehtiramla anılacaq. Çünki 30 il əvvəl qəhrəman Vətən övladları azadlıq uğrunda mübarizədə sinələrini sipər etdilər, müstəqilliyimiz uğrunda canlarından keçdilər. Müstəqil Azərbaycanın vətəndaşı olan hər bir insan bu günün tarixi önəmini dərk etməli, şəhidlərimizin xatirəsini qürurla anmalıdır”, - deyə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]