Mütəxəssis: Parkinson xəstəliyində reabilitasiyanın aparılması mütləqdir
Bakı, 11 aprel, AZƏRTAC
Parkinson xəstəliyi nevroloji degenerativ xəstəlikdir və beyində dopamin əmələ gətirən neyronların itməsi nəticəsində yaranır.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-nevroloqu Nigar Heydərova deyib.
Nevroloq Parkinson xəstəliyinin, əsasən, 40-60 yaşlarda yarandığını deyib: “Xəstəlik ətraflar, baş və barmaqlarda titrəmə, hərəkət yavaşlaması, nitqin ləngiməsi, düz dayana bilməmə, mimikanın itməsi, duruşun pozulması əlamətləri ilə müşahidə edilir.
Müalicə zamanı beyində dopamin tərkibini artıran dərmanlar istifadə olunur və həyat tərzinin dəyişdirilməsi, məsələn, idmanla məşğul olmaq məsləhət görülür. Parkinson xəstəliyində reabilitasiyanın aparılması mütləqdir. Parkinson xəstəliyinin müalicəsi zamanı əsas prinsip hərəki pozulmaların və motor sindromların, xüsusən də psixi, vegetativ və yuxu pozulmalarının yüngülləşdirilməsidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]