Muzeyin ekspozisiyasında “Azərbaycanda xalçaçılıq” adlı vitrin təqdim olunacaq
Bakı, 27 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasında “Azərbaycanda xalçaçılıq” adlı vitrin təqdim olunacaq.
Bu barədə AZƏRTAC-a muzeyin Etnoqrafiya Elmi Fond şöbəsinin müdiri Gülzadə Abdulova məlumat verib. Bildirilib ki, vitrində Qarabağ, Quba, Gəncə, Qazax və Azərbaycanın digər bölgələrində istehsal olunmuş xalçalar, hana, məfrəş və digər eksponatlar yer alır. XIX əsrə və XX əsrin əvvəllərinə aid olan həmin eksponatlar öz unikallığı ilə seçilir.
Qeyd edək ki, müxtəlif yun və ya ipək saplardan toxunan xalçalar gözəl naxışları ilə diqqəti cəlb edir.