RƏSMİ XRONİKA
Naməlum əsgərin məzarını ziyarət VİDEO
Afina, 16 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət etmişdir.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.
Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirildi.