NAMİQ SEVDİMOV VƏ ZƏLİMXAN HÜSEYNOV BEYNƏLXALQ “QIZIL QRAN-PRİ” MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞLƏR
Bakı, 19 iyul (AZƏRTAC). Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsidə sərbəst güləşçilərimizin mübarizəsi davam edir.
Azərbaycan güləşçisi Namiq Sevdimov (55 kq) final görüşündə yaponiyalı İnaba Yasuhiroya 1:0, 3:0, Zəlimxan Hüseynov (60 kq) isə gürcüstanlı Malkaz Kurdianiyə 2:0, 3:1 hesabı ilə qalib gələrək “Qızıl Qran-Pri”yə layiq görülmüşlər.
Sərbəst güləşçimiz Xaqan Süleymanov 66 kq çəki dərəcəsində ukraynalı Andrey Stadnikə müqavimət göstərə bilməmiş və gümüş medalla kifayətlənmişdir.
Azərbaycan yığmasının üzvlərindən Çamsulvara Çamsulvarayev, Aqil Quliyev (hər ikisi - 74 kq) və Şərif Şərifov (84 kq) bürünc medallara sahib olmuşlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]

