NAXÇIVAN MR TELEVİZİYA VƏ RADİO ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan MR Televiziya və Radio Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Naxçıvan Dövlət və "Naxçıvanın səsi" radiolarının fəaliyyəti ilə bağlı aparılmış 2 həftəlik monitorinqin nəticələri müzakirə olunmuş, mövcud nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilmişdir. Monitorinq zamanı radiokanallarda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, şuranın qəbul etdiyi qaydalara, milli-mənəvi dəyərlərə necə əməl olunması yoxlanılmışdır.
Qeyd edilmişdir ki, Naxçıvan dövlət və "Naxçıvanın səsi" radiolarında vətənpərvərlik mövzusuna, milli mənlik, tarixi keçmiş və mənəvi dəyər anlayışlarına geniş yer verilməli, tariximiz, adət-ənənələrimiz, milli musiqimiz, folklorumuz daim təbliğ olunmalıdır.