İQTİSADİYYAT
NAXÇIVANDA “DİZAYN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİNİN YENİ İSTEHSAL SEXİ İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində “Dizayn” Məhdud Məsuliyyətli Cəmiyyətin yeni istehsal sexi açılmışdır.
Sexdə plastik və alüminium qapı-pəncərə istehsal ediləcək, reklam-tərtibat işləri görüləcək, asma tavanlar yığılacaq, jalüz pərdələr hazırlanacaqdır. Bu məqsədlə Türkiyədən müasir texnoloji avadanlıq gətirilmişdir.
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov əmin olduğunu bildirmişdir ki, yeni sexdə istehsal olunacaq məhsullar muxtar respublikada aparılan tikinti-quruculuq işlərində geniş istifadə ediləcəkdir. Onun sözlərinə görə, müəssisədə 15-ə yaxın yeni iş yerinin açılması da obyektin əhəmiyyətini artıran əsas amillərdən biridir.