Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Zəfər Günü münasibətilə tədbir təşkil olunub

Bakı, 5 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, noyabrın 5-də daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov əvvəlcə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib, nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə güllər qoyulub, əziz xatirəsi anılıb.

Daha sonra Şəhidlər xiyabanına gələn Bəxtiyar Əsgərov daimi nümayəndəliyin kollektivi adından ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının məzarına güllər qoyub, torpaqlarımız uğrunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi, torpaqlarımız bütövlüyü uğrunda şəhid olmuş bütün vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və şəhidlərimizə dərin hörmət və sonsuz ehtiramlarını bildiriblər.

Tədbiri açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib: “Bu gün bütün Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, bütün türk dünyası, eləcə də, dünyada yaşayan qardaş və dost xalqlar bu tarixi günü, əlamətdar günü- müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Gününü böyük şövqlə, görünməmiş sevinc göz yaşı, təntənə ilə qeyd edir. 2020-ci ilin Noyabrın 8-də 30 ilə yaxın doğma torpaq, vətən həsrətindən sonra qədim tarixə və yüksək bəşəri dəyərlərə malik Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən və “Qeyrət qalası” kimi rəmzi adı özündə daşıyan doğma, əziz Şuşa şəhərimiz mübariz sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində, şəhidlərimizin, qazilərimizin müqəddəs qanı və canı bahasına mənfur erməni işğalçılarından azad edilmişdir. İlk növbədə, onu deyim ki, doğma Qarabağın tacı olan Şuşa şəhərinin qəhrəman vətən övladlarımız tərəfindən düşməndən azad edilməsi dünya hərb tarixində müqayisəsiz, unikal hərbi əməliyyat kimi həmişə yazılacaq və öyrəniləcək. Müstəqil Azərbaycanın hərbi və hərbi sənaye sahələrində əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr, xüsusilə, Vətən müharibəsində Şuşanın düşmən işğalından qurtarılması təkcə 2-ci Qarabağ müharibəsinin deyil, bütövlükdə, xalqımızın taleyində həlledici rol oynamışdır. Bütün bunlar tarixən süfrəmizin artığı ilə yaşamış, sonradan xalqımıza və insanlığa xəyanət etmiş qonşu Ermənistanın Azərbaycanla müharibədə öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərəncamı ilə isə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır”.

Keçən əsrin sonlarına doğru erməni faşistlərinin Azərbaycan torpaqlarına etdiyi növbəti hərbi təcavüzündən, törətdikləri vəhşiliklərdən, dinc sakinlərin başlarına gətirdikləri ağlasığmaz müsibətlərdən bəhs edən daimi nümayəndəliyin rəhbəri bildirib ki, 200 il əvvəl tarixi Azərbaycan torpaqlarına ermənilərin köçürülərək məskunlaşması prosesi əslində təkcə xalqımızın başına gətiriləcək soyqırımlar və faciələrin təməli deyil, həm də tarixin kobud surətdə təhrif olunması, insani dəyərlərin tapdalanması, mövcud olan və yazılmamış qanunların pozulmasına hazırlıq cəhdi idi. Keçən əsrin sonlarında ikinci dəfə müstəqillik qazanan ölkəmizin daxilində baş verən hakimiyyət böhranından istifadə edərək öz məkrli planlarını həyata keçirən ermənilər və onların havadarları xalqımıza qarşı növbəti terror və etnik təmizləmə siyasətinə əl atdılar. XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20 faiz ərazisini ard-arda işğal etmişdir. Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1988-1993-cü illər ərzində bir milyondan artıq soydaşımız daimi yaşadıqları ata-baba yurdlarından, tarixi Azərbaycan torpaqlarından qovularaq 30 ilə yaxın müddətdə qaçqın və köçkün kimi ölkəmizin müxtəlif bölgələrində məskunlaşmışdılar. Ermənilərin xalqımıza qarşı keçən əsrin sonlarında törədilən soyqırımlar elə onların azərbaycanlılara, türklərə qarşı tarixən yürütdüyü mənfur siyasətin məntiqi davamı idi. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən “danışıqlar”, erməniləri açıq şəkildə himayə edən Minsk qrupu tərəfindən idarə olunan “nizamlama prosesi” nəticə verməmişdir və təbii ki, bu formatda nəticə verə də bilməzdi.

Bəxtiyar Əsgərov qeyd edib ki, 2019-cu ildən etibarən təlxək, sərsəm Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və bilərəkdən atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə, tamamilə pozmuşdur. Bununla Ermənistan bir daha özünün əsl məqsədinin ozamankı mövcud status-kvonu möhkəmləndirməkdən və Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdir. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrinasına müvafiq olaraq, onların işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi və böyük həcmdə silah-sursat toplaması Ermənistanın yenidən Azərbaycana qarşı genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

“Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və haqqın, ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu”, - deyən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud şəkildə pozaraq, müxtəlif növ ağır silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmuş, bunun nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olmuşdur. Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı real və potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanmışdır. Vətən torpaqlarını ilk saatlardan etibarən bir-bir işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistanın silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini - yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçmiş, müxtəlif növ silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş, mülki şəxsləri vəhşicəsinə qətlə yetirmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar. Belə ki, düşmən Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri ilə dünyada məşhur olan qədim Gəncə, ərazilərində xalqımız üçün strateji əhəmiyyətli obyektlər olan, döyüş bölgəsindən tamamilə aralıda yerləşən iyirmiyə yaxın şəhər və rayonları- Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və s. ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutmuşdur. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etmişdir. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini cəsarətlə yarıb keçdilər, nəhayət ki, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu Zəfərlə müstəqil və qüdrətli Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoymaqla yanaşı, bir güllə belə atmadan, bir şəhid vermədən Ağdamı, Kəlbəcəri və Laçını işğaldan azad edə bildi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiqləmiş oldu.

Birinci Qarabağ müharibəsindən bu günə al qanı ilə yeni tarix yazan şəhidlərimizin, qazilərimizin intiqamının alınması ilə qazanılmış böyük Qələbə, Zəfər, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla dünyaya səs salmış şanlı Azərbaycan Ordusu, əslində, öz qiymətli ömrünü, bütün şüurlu həyatını Azərbaycana, onun müstəqilliyinə, davamlı inkişafına həsr etmiş, yeni müstəqil Azərbaycanın memarının, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” deyən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzusunu, istəyini, amalını reallaşdırmış oldu. “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlında böyük sevinc və qürur hisləri yaratdı. Bu böyük Qələbə, eyni zamanda, Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi yenidən təqdim etdi, tanıtdı. 30 ilə yaxın işğal altında qalan mədəniyyət beşiyimiz olan Şuşanın azad edilməsi böyük hərbi-siyasi, strateji və mənəvi məzmun daşıyırdı. Şuşanın azad edilməsindən bir gün sonra, noyabrın 9-da - ölkəmizdə xüsusi bayram olaraq qeyd edilən Dövlət Bayrağı Günündə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev daha 71 kəndin, iki qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyi barədə Azərbaycan xalqına məlumat verdi. 2020-ci ilin 10 noyabr gecəsində isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev əziz xalqımızı böyük Zəfər xəbəri ilə müjdələdi: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Prezident qeyd etdi ki, imzalanmış Bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir və Azərbaycanın siyasi maraqlarını təmin edən bir sənəddir. Bu bəyanat 30 ilə yaxın davam edən işğala birdəfəlik son qoyur.

Xalqımızın ilk andan etibarən dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur, fəxarət hissi duyduğunu bildirən Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov diqqətə çatdırıb: “Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi 17 ildən artıq dövrdə iqtisadi, hərbi və bütün digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun möhtəşəm Qələbəsi xalqımızın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir. İkinci Qarabağ savaşının aparıldığı 44 gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, agentliklərinə verdiyi müsahibələrdə cənab Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də böyük uğurlara imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hislərini daha da artırdı. İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu Prezident İlham Əliyevin müzəffər ali baş komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun yalançı mifologiyasına, işğal siyasətinə son qoydu. Ona görə də bu müharibə haqlı olaraq müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu Qələbə Azərbaycanı dünyada qaliblər sırasına çıxardı, xalqımızı daha güclü və daha qürurlu etdi-Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı Qələbəsi kimi qalacaq. Bu Qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir. Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də Qələbənin qazanılmasını şərtləndirdi. Əgər döyüş meydanında biz bu Qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.

“Bu gün Azərbaycan xalqının qazandığı Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Haqqın, ədalətin tərəfində olan Azərbaycan isə qalib ölkədir. İkinci Qarabağ müharibəsi şanlı tarix kimi, şanlı Qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Şuşanın azad edilməsi uğrunda qəhrəmanlıq dastanı yazmış fədakar vətən oğullarımız müstəqil Azərbaycanın böyütdüyü, yetişdirdiyi cəngavərlərin əsl vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. Hələ bir neçə il əvvəl Naxçıvanda strateji yüksəkliklərin və böyük bir ərazinin erməni işğalından azad edilməsi ilə nəticələnmiş, məğrur hərbçilərimizin uğurla həyata keçirdikləri “Günnüt əməliyyatı” taktikasının Şuşanın azad edilməsində də təkrarlanması və bunun uğurla nəticələnməsi dünya hərb tarixində ayrıca bir səhifə açmışdır. Müharibədə Naxçıvan Muxtar Respublikasının ayıq-sayıqlığı, illərdir gücünə güc qatmış, ən müasir silahlar və hərbi texnikalarla təchiz edilmiş Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun fədakarlığı, muxtar respublika Ali rəhbərliyinin tapşırığı ilə döyüş meydanına xüsusi təlim keçmiş əlavə potensial döyüşçülərin və silah-sursatın göndərməsi Milli Ordumuzun ən qısa zamanda məqsədinə nail olmasına güclü təkan vermişdir. Bu haqda Prezident cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə bəhs etmişdir. Böyük Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən bu yana müstəqil Azərbaycanda həmişə olduğu kimi, bu gün də dövlət siyasəti xalq tərəfindən dəstəklənir. Dövlət başçımız cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən qədirbilən xalqımız əsl əzəmət və milli birlik nümayiş etdirir. Əslində, Xalq-Ordu-Rəhbər birliyi bir dəmir yumruq kimi bizi Qələbəyə qovuşdurdu”, - deyən Bəxtiyar Əsgərov əlavə edib ki, tarixi ədaləti bərpa edən, ən böyük missiyası torpaqlarımızı düşmən tapdağından azad edərək xalqımıza sonsuz tarixi Qələbə sevinci bəxş edən Azərbaycan Ordusu bu gün dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun ən müasir silah-sursatla təchiz edilməsi bu müharibədə bizim imkanlarımızı bütün dünyaya göstərdi. Bəzi aparıcı Qərb mətbu orqanlarında, analitik informasiya vasitələrində, nüfuzlu dərgilərdə belə bir fikir qeyd edilirdi ki, hətta dünyanın hansısa aparıcı ölkəsi belə bizim qarşımızda olsaydı, onların da bizim qabağımızda duruş gətirməyə heç bir şansı olmayacaqdı. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni, müstəqil Azərbaycan dövləti elə bir güclü Ordu yaradıb ki, o, istənilən vəzifəni icra etməyə hər an hazırdır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ilbəil Milli Ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və bu sahədə idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.

Bu gün illərdir erməni işğalından ən çox əziyyət çəkmiş, buna baxmayaraq, ulu öndər Heydər Əliyevin ideyalarının işığında, Prezident İlham Əliyevin və Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə inkişaf edən Naxçıvan Muxtar Respublikasının təmsilçiləri olaraq, bizlərə sonsuz həvəs və qürur hissi, dadlı Qələbə sevincini bəxş etmiş Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Yaşasın müstəqil Azərbaycan! Yaşasın Heydər Əliyev yolu! Yaşasın üçrəngli bayrağımızı dünyada ləyaqətlə və qürurla dalğalandıran Prezident İlham Əliyev! Yaşasın xalqımıza Qarabağ Zəfəri bəxş etmiş Azərbaycan Ordusu!.

“Bilirsiniz ki, biz hər il bu günlər həm də Bayraq Gününü təntənə ilə qeyd edirik”, - deyən Bəxtiyar Əsgərov vurğulayıb ki, bayraq millətin, dövlətin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bayraq bir millətin şərəfi, namusu, varlığının, bir millət kimi mövcudluğunun sübutu, dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Azərbaycançılığın əsas atributu olan milli bayrağımız haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918-ci il noyabrın 9-da hökumətin başçısı Fətəli xan Xoyskinin məruzəsi əsasında Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət və üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Azərbaycanda Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımız 70 il yalnız xalqımızın qəlbində yaşamışdır. Azərbaycan Respublikasının müqəddəs istiqlal rəmzi - üçrəngli milli, dövlət bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də qədim Azərbaycan diyarı Naxçıvanda, XX əsrin böyük siyasət və dövlət xadimi ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək qaldırılmışdır. Məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qaldırdığı vəsatət və tələblə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetində “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən üçrəngli məğrur bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın müqəddəsliyini göstərir, ifadə edir. Bu gün ən yüksək zirvələrdə və tribunalarda dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü, əzəmətini və xalqımızın milli birliyini nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli "Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" Sərəncamı da bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur. Prezident İlham Əliyev Dövlət Bayrağı Meydanının açılış mərasimində demişdir: "Bu gün bu gözəl meydanda Azərbaycanın müstəqil siyasətini xüsusi qeyd etmək istərdim. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük xoşbəxtliyimizdir. Əsrlər boyu Azərbaycan xalqı müstəqillik həsrəti, müstəqillik arzusu ilə yaşamışdır. Uzun illər, onilliklər ərzində biz başqa ölkələrin tərkibində yaşamışdıq, azadlıqdan məhrum olmuşduq, müstəqil ölkə deyildik. Bu tarixi imkan, tarixi şans bir daha Azərbaycan xalqına 1991-ci ildə verilmişdir. Biz o şansı, bu imkanı itirə bilərdik və əgər 1993-cü ildə Azərbaycan xalqı düzgün seçim etməsəydi, çox güman ki, itirəcəkdik. Bu gün isə müstəqilliyimiz artıq dönməzdir, əbədidir. Biz 20 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq. Bütün çətin sınaqlardan üzüağ, şərəflə çıxmışıq, gözəl, möhkəm ölkə yaratmışıq”.

Bəxtiyar Əsgərov deyib ki, bu gün ölkəmizin hər guşəsində yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və dərin hörmətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 22 avqust tarixdə imzaladığı “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” Sərəncamı da bu baxımdan mühüm və böyük əhəmiyyət kəsb edir. 2014-cü il noyabrın 17-də imzalanmış “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” digər Sərəncama əsasən, hər il noyabrın 17-si qədim diyarda Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Bayraq millətin şərəfi, onun milli varlığının təsdiqidir. Xalqın və dövlətin simvolu olan bayraq hər zaman ucalarda tutulur. Dövlət bayrağına ehtiram göstərilməsi hər bir vətəndaşın müqəddəs borcu, dövlətin suverenliyinə olan sevgi və hörmətinin göstəricisidir”.

2010-cu ildən başlayaraq hər il noyabrın 9-u respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur. İndi cəmiyyətimizdə Azərbaycan Respublikasının üçrəngli bayrağına ümummilli sevgi və ehtiram hissi yüksək səviyyədə formalaşmış, bayrağımız milli özünüdərk və həmrəylik simvolu kimi hər bir azərbaycanlının ürəyinə yol tapmışdır. Azərbaycan gəncliyi, ordusu, sosial statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bayrağımıza dövlətimizin atributu olaraq, qürur mənbəyi kimi baxır, onu ürəkdən sevir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi : “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir”.

Bu gün tariximizin ən şanlı səhifələri Zəfər günlərimizlə, dövlət bayrağımızla bəzənir. Müzəffər Ordumuz tərəfindən uzun illər sonra işğaldan azad olunmuş torpaqlarımızda - Qarabağımızda, Zəngəzurumuzda üçrəngli bayrağımız vüqarla dalğalanır! Uğrunda canlar verdiyimiz şanlı bayrağımız bu gün Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Şuşa səmasında göz qamaşdırır! Bayrağımız bizim qürur mənbəyimiz, and yerimiz, iman yerimizdir. Onun daim ucalarda dalğalanması üçün bütün şüurlu həyatımızla, var qüvvəmizlə çalışmalı, müqəddəs amalımızla keşiyində qürurla dayanmalıyıq.”

Bu möhtəşəm Zəfər bayramı və qürurlu Bayraq Günü münasibətilə daimi nümayəndəliyin kollektivini bir daha təbrik edən Bəxtiyar Əsgərov sonda bildirib: “Bu gün Azərbaycan Qarabağına, Qarabağ Azərbaycanına qovuşdu, millətimizin, xalqımızın uzaqgörənliyi və müdrikliyi sayəsində tarixi Zəfərə imza atıldı, Milli Ordumuz şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda törədilmiş soyqırımı aktları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yerini göstərdi. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan ulu öndər Heydər Əliyev siyasi kursu, o kursun layiqli davamçısı Prezident İlham Əliyev qətiyyəti, siyasi iradəsi və güclü Milli Ordumuz, onun əsgər və zabitləridir. Sevinirik ki, qalib olduğumuz Vətən müharibəsində azərbaycanlı kimliyi milli mənsubiyyəti, etnik çərçivələri aşaraq, Prezident İlham Əliyevin ifadə etdiyi kimi bütün Azərbaycan xalqını bir dəmir yumruq kimi birləşdirdi. 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin dəmir yumruğunu böyük xalqımız, ulu millətimiz və bütöv, müstəqil Azərbaycanımız üçün daha güclü, daha yenilməz birlik, bütövlük, əzəmət və qələbə rəmzinə çevirdi!”.

Tədbir digər çıxışlarla və bədii kompozisiya ilə davam etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir