Naxçıvanın dağlıq ərazilərinə qar yağır VİDEO
Naxçıvan, 27 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti müşahidə olunur.
Muxtar Respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, hazırda muxtar respublikanın aran rayonlarına yağış, dağlıq və dağətəyi zonalarına isə qar yağır.
Yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
Müxbir - Nail Əsgərov