Nazir: Azərbaycan donor dövlət kimi mədəniyyətlərarası dialoq sahəsində təşəbbüsləri dəstəkləyir
Bakı, 31 oktyabr, AZƏRTAC
Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verir, “Bakı Prosesi” bu istiqamətdə beynəlxalq səviyyədə tanınan uğurlu nümunədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) Baş Konfransının 43-cü sessiyasında çıxışı zamanı söyləyib.
Nazir, həmçinin bildirib ki, Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irs, müxtəliflik, inklüziv təhsil, elmi tərəqqi və beynəlxalq həmrəyliyə dair ortaq öhdəliklərə əsaslanır. Ölkəmiz donor dövlət kimi mədəniyyət, elm, gənclərin imkanlarının genişləndirilməsi və mədəniyyətlərarası dialoq sahələrində təşəbbüsləri dəstəkləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.09.2026 [22:38]
Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb
- 01.09.2026 [22:10]
Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
- 01.09.2026 [21:58]