Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Nazir: Azərbaycan normallaşma istiqamətində səylərini bundan sonra da davam etdirəcək

Bakı, 27 sentyabr, AZƏRTAC

Xarici İşlər Nazirliyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş anım tədbiri və qanvermə aksiyası keçirilib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, anım tədbirində Nazirliyin rəhbər heyəti, əməkdaşları, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən xarici işlər naziri Ceyhun Bayramov müasir tariximizin ən şanlı səhifələrindən biri olan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın erməni işğalına son qoyulduğunu, ərazi bütövlüyümüzlə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpa olunduğunu diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan Ordusunun bu qəhrəmanlıq salnaməsinin tariximizə qızıl hərflərlə həkk olunduğu vurğulanıb.

Torpaqlarımızın işğalı ilə barışmayan Azərbaycanın məsələnin sülh yolu ilə həllini tapması üçün daim çalışdığı, lakin Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu, habelə hərbi-siyasi təxribatlarını davam etdirdiyi bildirilib. Məhz Ermənistanın növbəti təxribatına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi dövründə də təxribatların davam etdirildiyi, xalqımızın birliyini və həmrəyliyini pozmaq məqsədilə dəfələrlə mülki əhaliyə qarşı hücumlar və müharibə cinayətləri törədildiyi qeyd olunub.

Nazir müharibənin və münaqişənin bitməsinə baxmayaraq, ölkəmizin 3 il əvvəl Ermənistana sülh təklif etdiyini, sülh prosesinin irəlilədilməsi istiqamətində səy göstərdiyini, Ermənistanın isə bunun qarşılığında yenə də 30 ilə yaxın işğal dövründəki təcrübəni təkrarladığı, sözdə ərazi bütövlüyümüzü tanıdığını bildirsə də, əməldə bunun əksinə olaraq, təxribatları və mina təhdidini davam etdirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın növbəti təxribatlarının qarşısının alınması üçün ölkəmizin lokal antiterror tədbirləri gördüyü, bu tədbirlər nəticəsində ərazilərimizdə 30 illik işğal dövrünün qalıqları olan qeyri-qanuni erməni silahlı qüvvələrinin varlığına son qoyulduğu, habelə ərazilərimizdəki dəhşətli hərbiləşmənin miqyasının üzə çıxdığı vurğulanıb. Ölkəmizin bundan sonra da normallaşma və sülh gündəliyinin irəli aparılması istiqamətində qətiyyətli şəkildə səylərini davam etdirəcəyi, gələcəyə baxışımızın sülh üzərində qurulduğu vurğulanıb.

Bugünkü postmünaqişə dövrünün reallıqlarının, torpaqlarımızın azad edilməsinin isə şəhidlərimizə borclu olduğumuz, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı bildirilib.

Sonra 44 günlük Vətən müharibəsinə həsr edilmiş, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalı olan “BİZ” tarixi-sənədli filmi nümayiş etdirilib.

Anım tədbirindən sonra Xarici İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı, XİN rəhbərliyi və əməkdaşlarının iştirakı ilə qanvermə aksiyası keçirilib.

Daha sonra Xarici İşlər Nazirliyinin rəhbər heyəti Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin tikildiyi ərazini ziyarət edib və ərazinin girişində xatirə daşının önünə gül dəstələri qoyub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 7 güləşçisi mübarizəyə qoşulur

UNESCO-nun ikili siyasəti: separatizmin ideoloji dayaqlarının müdafiəsi ŞƏRH

ATƏT-in Baş katibi Ermənistanın götürdüyü öhdəliklərə zidd davranışları barədə məlumatlandırılıb

Qazi müəllimin “Hədəfimiz Şuşadır” kitabının təqdimatı olub

Sədr: Qanun xof üçün deyil, problemin həlli üçündür

Özbəkistanın telekanallarında Azərbaycana dair çoxsaylı televiziya verilişləri nümayiş etdirilib

BMT, ÜST və UNESCO Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə bağlı müraciət yayıblar

Bu il ölkədə 792 nəfər İİV-ə yoluxub

Astarada yeniyetmə və gənclərə narkomaniyanın sağlamlığa zərərli təsiri barədə məlumat verilib

Millətlər Liqası: Azərbaycanın qadınlardan ibarət yığması bu gün Kiprlə qarşılaşacaq

Dubayda COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammiti keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün tədbir yerinə gəlib YENİLƏNƏCƏK

Dekabrın 1-i QİÇS-lə Mübarizə Günüdür

Metronun “8 Noyabr” stansiyasında təlim keçirilib

Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür

Geomaqnit qasırğası müşahidə olunur

“Dövlət satınalmaları ilə bağlı yeni qanunvericiliyin tətbiqi” müzakirə olunur

Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları son həddədir

Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

DİM xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirəcək

Şuşada “Türk dünyasının mədəni turizm perspektivləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

Hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Polis əməkdaşları dünən ölkə üzrə 51 tüfəng təhvil götürüblər

DİN: Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Azərbaycanın COP28-dəki pavilyonu fəaliyyətə başlayıb VİDEO

“PAŞA Holding”in təşkil etdiyi İnmerge İnnovasiyalar Sammitinin ilk günündə nələr baş verdi?

AZAL Bakıdan Praqaya olan uçuşlara endirim etdi

Ay Laçın, can Laçın - strateji mövqedə yerləşən rayonun azad edilməsinin ildönümüdür

Göytəpəçayın kənarından silah-sursat aşkarlanıb

Sumqayıtda yol qəzasında həyatını itirən şəxsin kimliyi məlum olub

Amerikalı alimlər itlərin ömrünü uzada biləcək dərmanı testdən keçirirlər

Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verib

Daun sindromu zamanı əqli bacarıqları təkmilləşdirməyin üsulu aşkarlanıb

İsrail və HƏMAS atəşkəsin növbəti dəfə uzadılması barədə razılığa gəliblər

“Yandex” 2024-cü ildə kuryer-robotların sayını iki dəfə artırmaq istəyir

Tacikistanda yaşı 2,5 milyon il olan dəvə kəllə sümüyü tapılıb

BVF: Rusiyadan tədarükün azalmasından sonra Aİ-də qazın qiyməti iki dəfə artıb

Astronomlar ilk dəfə qonşu qalaktikadakı ulduzda protoplanetar disk kəşf ediblər

“OPEC+” ölkələri neft hasilatını gündəlik 2 milyon barel azaldacaq

Dominikanda 30-a yaxın vəbaya yoluxma qeydə alınıb

Almaniyada işsizlik noyabrda iki il yarım ərzində maksimum göstəriciyə çatıb

"Molde"nin baş məşqçisi: "Qarabağ"ı hələ təbrik etməyəcəyəm, çünki bizim də şansımız var

İraqda deputatın ailəsinə hücum nəticəsində 10 nəfər həlak olub

Qurban Qurbanov: Heç-heçə bizim üçün yaxşı nəticədir

Ümumdünya Meteorologiya Təşkilatı: 2023-cü ildə iqlim rekordları qeydə alınıb

“As we know it” filminin yayım tarixi məlum olub

"Köhlən atlar" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib - YENİLƏNİB-7

"Qarabağ" "Molde" ilə oyunda ciddi itkilərlə üzləşib

“COP28”-in prezidenti: İqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması üçün maliyyələşdirmə zəruridir

“Ariane-6” raketinin ilk uçuşu 2024-cü ilin yayına planlaşdırılıb

"Molde" - "Qarabağ" oyununda maraqlı hadisə baş verib

Quterreş: Bəşəriyyət iqlim böhranının astanasındadır

Komitə sədri beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

ABŞ və Almaniyada yaşayan azərbaycanlılar "Qarabağ"a dəstək olmaq üçün Moldeyə gəliblər

Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib

XİN rəhbəri: BQXK-nin bölgədəki müşahidələri “gərgin humanitar vəziyyət”lə bağlı iddiaların əsassızlığını sübuta yetirib

“Molde” - “Qarabağ” matçının start heyətləri açıqlanıb

ATƏT PA-nın prezidentinə sülh sazişinin imzalanması ilə bağlı Azərbaycanın mövqeyi çatdırılıb

Şabranda yol kənarından silah-sursat tapılıb

Azərbaycan və Birləşmiş Krallıq arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

"InMerge İnnovasiya Sammiti": innovatorlar, aparıcı texnologiya şirkətləri, startaplar və investorlar bir arada

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək

Portuqaliya şirkətləri Azərbaycanda bərpaolunan enerji layihələrində iştiraka dəvət edilib

Vyana Universitetində Azərbaycan aşıq yaradıcılığına dair interaktiv seminar keçirilib

Azərbaycan “OPEC plus”un 36-cı iclasında təmsil olunub

Milli Məclisin sədri: Azərbaycan dünyanın ən çox minalanmış ölkələrindən olmasına baxmayaraq, bu sahədə ən az beynəlxalq dəstək alır

Sahibə Qafarova: Həmrəylik və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın təşviqi Prezident İlham Əliyevin müəyyən etdiyi strateji baxışın əsas elementlərindəndir

Azərbaycan və Almaniya parlamentləri arasında münasibətlərin inkişafı müzakirə olunub

Binəqədi rayonunda yanan bina polis əməkdaşları tərəfindən mühafizəyə götürülüb YENİLENİB VİDEO

“Reuters”: Braziliya 2024-cü ildə “OPEC+” alyansına qoşulacaq

Azərbaycanın ədliyyə naziri Belarusda səfərdə olub

Berlin şəhərində keçirilən Azərbaycan-Almaniya Forumunda ölkəmizin sülh təşəbbüslərindən danışılıb

Milli Məclisdə “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmə keçirilib

Azərbaycanın səfiri etimadnaməsini Danimarka Kraliçasına təqdim edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının iclası keçirilib

Milli Məclisin sədri Berlində "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəni irsi" adlı sərgi ilə tanış olub

Skopyedə ATƏT Nazirlər Şurasının 30-cu iclası başlayıb

Media nümayəndələri özəlləşdiriləcək dövlət müəssisələrində olublar

Marneulidə AZƏRTAC-ın təşəbbüsü ilə “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi keçirilib

Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası SABİ SUN Beynəlxalq məktəbində tibbi aksiya keçirib

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər yeni mənzilləri ilə tanış olublar

“InMerge Innovation Summit”: Süni intellekt və innovasiya potensialları kəşf olunur

Avropa Enerji Tənzimləyiciləri Şurasının ekspertləri AERA-da təcrübələrini bölüşüblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb

İnsan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur

Hərbçilər arasında güləş üzrə dünya çempionatında ikinci günün qalibləri mükafatlandırılıb

"Azərbaycanda dağ-mədən sənayesinin inkişafı: reallıqlar, çağırışlar və perspektivlər" kitabının təqdimatı olub

Qanunvericiliyin tələblərini pozan dönərxanalarla əlaqədar məhdudiyyətlər tətbiq edilib

İtaliyada koronavirusa yoluxma halları kəskin artıb

Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

Mirşahin Ağayev BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə ustad dərsi keçib

Dünya çempionatı: Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar

Prezident İlham Əliyev Dubayda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb   YENİLƏNİB -3 VİDEO

Kürdəmirdə fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb

Papa Fransisk səhhəti ilə bağlı açıqlama verib

Türkiyənin İşçi Həmkarlar İttifaqları Təşkilatları Konfederasiyasının Qurultayı keçirilir

Misir nümayəndə heyəti “ASAN xidmət”də

Azərbaycan XİN-in rəhbəri: Ermənistanın qarayaxma kampaniyası sülhə xidmət etmir

İnkişaf və Diplomatiya İnstitutunun “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Kəşfiyyatçı Famil Məlikov: Bizə verilən mənzil ailəmizin böyük sevincinə səbəb oldu