Nazir: Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviqi vacibdir
Bakı, 13 dekabr, AZƏRTAC
Münasibətlərimizin üçtərəfli formatda inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Əminik ki, bu xüsusda regionda yaranmış yeni fürsətlərin düzgün istifadəsi nəticəsində ciddi nailiyyətlər əldə olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Türkiyə Respublikası və Türkmənistanın xarici işlər nazirlərinin Türkmənistanın Avaza şəhərində keçirilən iclasında deyib.
Bu il Azərbaycan ərazisindən beynəlxalq yükdaşımaların həcmində təqribən 70 faiz artımın olduğunu qeyd edən nazir ticarət dövriyyəsinin artırılması və şaxələndirilməsi, nəqliyyat-kommunikasiya dəhlizlərinin keçid prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi, eyni zamanda, tarif məsələlərinin əlaqələndirilməklə nizamlanması istiqamətində səmərəli birgə tədbirlərin görülməsinin önəm kəsb etdiyini vurğulayıb.
Ceyhun Bayramov Şərq-Qərb Trans-Xəzər nəqliyyat dəhlizi də daxil olmaqla, ölkələrin tranzit potensialının gücləndirilməsi üçün səylərin artırılması, Azərbaycan, Türkiyə və Türkmənistanın dəniz limanları arasında əməkdaşlığın təşviq edilməsinin vacibliyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:23]
® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir
- 24.09.2026 [16:10]
® “Bakcell”də hədiyyə mövsümü başladı
- 24.09.2026 [16:01]