Nazir: Regionda davamlı sülhün əldə olunması Zəngəzur dəhlizinin açılmasına imkan verəcək
Tbilisi, 2 may, AZƏRTAC
“Biz hazırda bir sıra yeni, mühüm regional layihələr üzərində çalışırıq. Bu layihələrin reallaşması üçün davamlı sülh olmalıdır. Düşünürəm ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması bu vacib layihələrdən biri olan Zəngəzur dəhlizinin yaradılmasına imkan verəcək”.
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov Tbilisidə “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
Nazir deyib ki, Orta Dəhliz təkcə dəmir yolu və ya avtomobil yolları ilə əlaqəli deyil: “Əslində, buna şaxələnmiş dəhliz də demək olar. Bu dəhlizin digər qolu Azərbaycandan Gürcüstana, daha sonra Qara dəniz vasitəsilə Avropaya dəmir yolu əlaqəsidir”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]