Nazir Rəşad Nəbiyev Oğuzda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 17 sentyabr, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev sentyabrın 26-da, saat 10:00-da Oğuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəki, Qəbələ və Oğuz rayonlarının sakinləri ilə görüşəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.
Qəbula 25 sentyabra qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:54]
Ali Məclisin deputatının mandatı ləğv edilib
- 01.10.2026 [17:11]
Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb
- 01.10.2026 [16:39]
Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub
- 01.10.2026 [16:21]
Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb
- 01.10.2026 [16:18]
Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb
- 01.10.2026 [14:34]