NBA: “Boston Seltiks” qələbə seriyasını davam etdirib
Bakı, 26 fevral, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, basketbol azarkeşləri yeddi qarşılaşmaya şahidlik ediblər.
“Boston Seltiks” səfərdə “Toronto Raptors”u 111:101 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl altıncı qələbəsini qazanıb. Qalib komandanın ən məhsuldar oyunçusu 24 xalla Ceylen Braun olub. Qvardiya Derrik Uayt 22, Peyton Pritçard 20, Ceyson Tatum 19 xal və 11 assistlə yadda qalıb. Meydan sahiblərində isə Barrett 22, Skotti Barnes 21, Qreydi Dik 12 xal toplayıb. Bu nəticədən sonra “Boston Seltiks” turnir cədvəlinin 2-ci, “Toronto Raptors” isə 13-cü pilləsində qərarlaşıb.
Digər matçların nəticələri
“Toronto Raptors” - “Boston Seltiks” – 101:111
"Nyu Orleans Pelikans" - “San Antonio Spörs” – 109:103
“Hyuston Rokets” - "Miluoki Buks" – 100:97
"Qolden Steyt Uorriors" - "Şarlot Hornets" – 128:92
“Orlando Mecik” - “Klivlend Kavalyers” – 82:122
“Memfis Qrizzlis” - “Finiks Sanz” – 151:148
“Los-Anceles Lakers” - “Dallas Maveriks” – 107:99.