N.BURCANADZE: RUS ZABİTLƏRİNİN TUTULMASI BEYNƏLXALQ HÜQUQ NORMALARINA UYĞUNDUR
Xanım Burcanadzenin fikrincə, Rusiya tərəfinin məqsədi işin əsaslı surətdə öyrənilməsi deyil, Gürcüstanda siyasi şantaj yaratmaqdır. O, rəsmi Moskvanın “məsələdən hali olmadan Gürcüstan barəsində hədələyici bəyanatlar verməsini” anlaşılmazlıq adlandırmışdır. Onun qənaətincə, bu onu göstərir ki, “hər halda, Rusiya tərəfini işin təfərrüatı maraqlandırmır, əks təqdirdə söhbətin nədən getdiyini yaxşı bilirdilər”.
Parlament sədri bəyan etmişdir ki, ölkəni yalnız casusu tutduğuna görə cəzalandırmaq niyyəti beynəlxalq hüquq normalarına ziddir. Rusiya Gürcüstana qarşı dəfələrlə siyasi sanksiya tətbiq edib və indi də burada gözlənilməz heç nə yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]