NEFT MUZEYİNİN DİZAYN-LAYİHƏSİ ÜZRƏ MÜSABİQƏ KOMİSSİYASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində Neft Muzeyinin yaradılması ilə əlaqədar dizayn-layihə konsepsiyası üzrə müsabiqə komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda sentyabrın 10-dək təqdim olunmuş layihələrə baxılmışdır. Bildirilmişdir ki, “Region” (Azərbaycan), “BRİDGE BORN” İnc. (ABŞ) və “Anamorphosis Architects” (Yunanıstan) şirkətləri əvvəlki iclaslarda baxılmış konsepsiya layihələri üzərində bir daha işləyərək düzəlişlər aparmış və təkmilləşdirilmiş variantları komissiyaya təqdim etmişlər. Türkiyənin “TOCA” sirkəti və “ALBA DİŞ Tic. və Mobilya” şirkətinin Bakı filialı isə müsabiqəyə yeni qoşulmuşlar.
Müsabiqəyə çıxarılan layihələrin hər biri nəzərdən keçirilmiş və qeyd olunmuşdur ki, komissiya üzvləri növbəti iclasda həmin işləri bir daha müzakirə edərək, yekun rəyə gələcəklər. Müsabiqənin nəticəsi yaxın müddətdə elan olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]