Neft sənayesində ekoloji qanunvericiliyin normalarına riayət olunması vəziyyəti araşdırılmışdır
Bakı, 4 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi neft sənayesində ekoloji normalara riayət olunmasını yoxlamaq məqsədi ilə monitorinq keçirmişdir.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinq zamanı bir sıra qanun pozuntuları aşkar olunmuşdur. Ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq “Abşeronneft” Neft Qaz Çıxarma İdarəsinə 1600 manat, “28 May” Neft Qaz Çıxarma İdarəsinə 6 min 555 manat, H.Z.Tağıyev adına Neft Qaz Çıxarma İdarəsinə 6 min 270 manat, “Qaraçuxur” iriləşdirilmiş neft mədəninə 22 min 85 manat, “Bahar Enerji Əməliyyat” şirkətinə 9 min 100 manat və “Absheron Operating Company LTD” şirkətinə 3 min 600 manat məbləğində ödəmə tətbiq edilmişdir.
Çatışmazlıqların aradan qaldırılması məqsədi ilə ETSN-in Ətraf Mühitin Mühafizəsi Departamenti tərəfindən həmin müəssisə rəhbərlərinə “məcburi göstəriş”lər verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]