Neft zəngini Nigeriya 11 milyard dollarlıq borclanmaya gedir
Bakı, 9 oktyabr, AZƏRTAC
Neft qiymətlərindəki ucuzlaşmanın ən böyük zərbə vurduğu ölkələrdən biri olan Nigeriyada ortamüddətli xərclər planı ilə bağlı danışıqlar başa çatıb.
AZƏRTAC xəbər verir ki, neftlə zəngin Nigeriyada Milli Məclis 2021-ci ildə 11 milyard dollarlıq kredit alınmasını təsdiqləyib.
Milli Məclis hökumətin yaxın 3 il üçün ortamüddətli xərclər planı ilə bağlı danışıqları tamamlamasının ardından 2021-ci ildə xərcləri dəstəkləmək üçün həm daxili, həm də xarici borcalma qərarını təsdiqləyib. Xərclər planında büdcə kəsiri 13,3 milyard dollar və ümumi xərclər isə 33,8 milyard dollar nəzərdə tutulur.
Afrikanın ən böyük xam neft istehsalçısı olan Nigeriya 2021-ci ildə orta hesabla 40 dollar/barrel qiymətlə gündəlik 1,86 milyon barrel neft hasil etməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]