REGİONLAR
Neftçalada Şəhidlər Xatirə Kompleksi ziyarət olunub






Neftçala, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxslər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və veteranlar iştirak ediblər.
Əvvəlcə Neftçala şəhərində Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub və məzarları üzərinə tər gül dəstələri düzülüb.
Tədbir iştirakçıları Neftçala şəhərinin mərkəzindəki Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər.
Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.