“Neftçi” klubu Melilya mərhələsinin qalibi olub
Bakı, 20 avqust, AZƏRTAC
İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi avqustun 19-da yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, Melilya mərhələsinin final oyununda təmsilçimiz "Neftçi", ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub.
"Neftçi" nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.
Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi" nin növbəti oyunları avqustun 22-də doğma Bakımızda baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]