“Neftçi” komandası “Xəzər-Lənkəran”ı minimal hesabla məğlub edib
Bakı, 13 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tur növbəti qarşılaşma ilə davam edib.
AZƏRTAC xəbər verir ki, günün digər prinsipial matçında “Neftçi” doğma meydanda “Xəzər-Lənkəran” komandasını qəbul edib. “Neftçi” autsayder “Xəzər-Lənkəran” üzərində çətin də olsa, minimal hesablı qələbə qazanıb. Lənkəran təmsilçisi “Neftçi”dən qarşılaşmanın son dəqiqələrində qol görüb. Oyunun 86-cı dəqiqəsində Elşən Abdullayev komandasına qələbə qazandıran topu vurub - 1:0. Doqquz turda qol vura bilməyən və qələbə qazanmayan baş məşqçi Elbrus Məmmədovun yetirmələri isə bu matçda da fərqlənə bilməyiblər. Görüş bu hesabla da başa çatıb.
Beləliklə, bu oyundan sonra “Neftçi” xallarının sayını 31-ə çatdırıb və altıncı pillədə yer alır. “Xəzər-Lənkəran” isə 13 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]