“Neftçi” növbəti oyuna ciddi itkilərlə çıxacaq
Bakı, 7 dekabr, AZƏRTAC
“Neftçi” Azərbaycan Premyer Liqasının XVI turunun “Turan Tovuz”la oyununa ciddi itkilərlə çıxacaq.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, qapıçı İvan Brkiç və yarımmüdafiəçi Ataa Caber zədə səbəbindən qarşıdakı matçı buraxacaq.
Xorvatiyalı qolkiper hələ də fərdi olaraq hazırlığını davam etdirir. Fələstinli orta sahə oyunçusu isə topuğundakı burxulmaya görə 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Neftçi” - “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq. Qarşılaşma “Neftçi Arena”da oynanılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2026 [13:46]
Çingiz Hüseynzadə: İdmanın gözəlliyi onun ədalətindədir
- 19.05.2026 [13:14]
“Sabah” basketbol klubu yeni baş məşqçisi ilə müqavilə imzalayıb
- 18.05.2026 [19:30]
“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb
- 18.05.2026 [19:09]
“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb
- 18.05.2026 [19:01]