Neftçilər prospektində yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb
Bakı, 24 dekabr, AZƏRTAC
Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işləri çərçivəsində dekabrın 24-dən etibarən asfalt örtüyünün təmiri ilə əlaqədar olaraq, Neftçilər prospektində (Hökumət evinin qarşısı) yolun 4 zolağında nəqliyyat vasitələrin hərəkəti məhdudlaşdırılıb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan təmir işlərinin dekabrın 28-də yekunlaşacağı gözlənilir.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]