“Neftçi”nin icraçı direktoru ECA-nın 16-cı Baş Assambleyasında iştirak edib
Bakı, 11 fevral, AZƏRTAC
Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) 16-cı Baş Assambleyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, FİFA-nın baş katibinin müavini Marko Villinger, UEFA-nın baş katibi Canni İnfantino və ECA-nın sədri Karl-Haynz Rummenige ilə yanaşı, ümumilikdə 143 klub nümayəndəsinin qatıldığı assambleyada “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da iştirak edib.
ECA-nın FİFA tərəfindən qəbul olunmuş vacib qərarlarda fəal iştirakı tədbirin əsas mövzusu olub. Bildirilib ki, FİFA əsas struktur kimi futbolun inkişafı və idarə olunmasında məsul qurumdur. Bu səbəbdən də FİFA klub və futbolçularla daha sıx münasibətdə olmalıdır.
Sonra Elnur Məmmədov üzvü olduğu “Marketinq və kommunikasiya üzrə İşçi Qrupu”nun iclasında iştirak edib. Tədbirdə işçi qrupunun üzvləri növbəti illərdə baş tutacaq klub turnirlərinin təşkili və inkişafı mövzusunda müzakirələr aparıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]