Nepalda COVID-19-a yoluxanların sayı 100 mini ötüb
Pekin, 9 oktyabr, AZƏRTAC
Nepalda sutka ərzində COVID-19 virusuna 2059 yoluxma qeydə alınıb. Bununla da ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 100 mini ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan “Worldometers” saytına istinadla xəbər verir ki, Nepalda ötən sutka ərzində virus səbəbindən 10 nəfər vəfat edib. Beləliklə, ölkədə pandemiya qurbanlarının sayı 600-ə çatıb. Hazırda Nepalda 27 mindən çox aktiv xəstə var.
Qeyd edək ki, Nepalda pandemiyanın ilk vaxtlarında çox az sayda yoluxmalar olurdu. Təxminən 4 aylıq sərt karantin rejiminin iyulda yumşaldılmasından sonra sutkalıq yoluxma sayında artım müşahidə olunur. Əhalinin sıx yaşadığı ərazilərdə, o cümlədən paytaxt Katmanduda, Pokhara şəhərində və ölkənin cənubundakı yaşayış məntəqələrində yoluxma sayı sürətlə artır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]