NƏQLİYYAT NAZİRLİYİNİN BÜTÜN STRUKTURLARI TƏBİİ FƏLAKƏT BÖLGƏSİNDƏ GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ ÇALIŞIRLAR
Bakı, 12 may (AZƏRTAC). Nəqliyyat Nazirliyinin müvafiq qurumları təbii fəlakət bölgəsində sel sularının yaratdığı fəsadları aradan qaldırmaq üçün gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Nazirlikdən bildirmişlər ki, həm yaxın ərazilərin yol-istismar idarələri, həm də Bakıdan göndərilmiş texnika və işçi qüvvəsinin köməyi ilə Şirvan, İmişli, Sabirabad rayonlarında su altında qalmış, sıradan çıxmış avtomobil yolları təmir edilir, alternativ yollar salınır. Bu baxımdan Padar istiqamətində yeni salınmış 19 kilometrlik yol avtomobillərin hərəkətinin bərpa edilməsində əhəmiyyətli rol oynayır. Digər istiqamətlərdə də işlər sürətlə davam etdirilir.
Mayın 12-də axşama yaxın Sabirabad rayonunda 12 kilometrlik Həşimxanlı-Qaratəpə yolunun gediş-gəliş üçün normal vəziyyətə gətirilməsi gözlənilir.
Nazir Ziya Məmmədov qurumun müvafiq strukturlarının fəaliyyətlərinin əlaqələndirilməsinə nəzarət edir və müvafiq göstərişlərini verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]