Nərimanov rayonunda soyğunçuluqda şübhəli bilinən şəxs tutulub
Bakı, 29 iyul, AZƏRTAC
Nərimanov rayonunda Bakı şəhər sakini H.İbişovun tütün məmulatı və 300 manat məbləğində pulu soyğunçuluq yolu ilə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən İ.Süleymanov rayon polis idarəsi 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Faktla bağlı təhqiqat davam edir.