Nəsimi rayonunda evdən oğurluq edən şəxs tutulub
Bakı, 9 oktyabr, AZƏRTAC
Nəsimi rayonu ərazisindəki evlərin birindən içərisində 150 manat məbləğində pul, 300 ABŞ dolları, avtomobil açarı, sənəd olan pulqabı və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini D.Əliyev rayon polis idarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən təhqiqat davam edir.