Nəsimi rayonunda əvvəllər məhkum olunmuş şəxsdən tapança və patron darağı götürülüb
Bakı, 10 mart, AZƏRTAC
Polis əməkdaşları əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İslamovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, patron darağı və yeddi patron götürülüb.
Sabunçu rayonunun Nardaran qəsəbəsi sakini S.Hüseynov müvafiq sənədləri olmayan, nömrəsi silinmiş "İJ-16" markalı tüfəngi polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində könüllü olaraq rayon polis idarəsinin 42-ci polis bölməsinə təhvil verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]