Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Neurope.eu”da yayılan məqalədə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya sərt tənqid edilir

“Neurope.eu”da yayılan məqalədə Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniya sərt tənqid edilir

Bakı, 17 iyun, AZƏRTAC

“Neurope.eu” saytında yayılan “Avropa Oyunları: idman, yoxsa siyasət yarışı?” sərlövhəli məqalədə birinci Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi haqsız təzyiqlər, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyası kəskin tənqid edilir.

Məqalədə deyilir ki, Pan-Amerika, Asiya Oyunları kimi qitə miqyaslı idman yarışı artıq Avropaya da gəlib çatdı. Bu günlərdə Azərbaycanda birinci Avropa Oyunları keçirilir. Beynəlxalq ictimaiyyətin diqqəti həmin oyunlara və onun təşkilatçısı olan Azərbaycana yönəlib.

Amma bu diqqət birmənalı deyil. Oyunları bütün qitəni birləşdirən böyük idman bayramı kimi qəbul edənlərlə yanaşı, diqqəti tamam başqa istiqamətlərə yönəldənlər də tapılır. Ənənəvi qaydada idmanla heç bir əlaqəsi olmayan məqamlar - Azərbaycanın daxili məsələləri kəskin şəkildə qabardılır. İnsan haqlarının durumuna görə Azərbaycanı tənqid edən Qərb mediası heç problemin təfərrüatına varmaq istəmir və ardıcıl şəkildə eyni ittihamları təkrarlayır.

Azərbaycanın rəsmi şəxsləri dəfələrlə fakt və sübutlar ortaya qoyaraq öz prinsipial mövqelərini belə əsaslandırırlar ki, hər bir şəxs törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir və onun əqidəsi, siyasi baxışları və peşə fəaliyyəti qeyri-qanuni əmələ heç bir toxunulmazlıq zəmanəti verə bilməz. Əslində, elə Qərbin öz standartlarına görə, sivil cəmiyyətin əsas göstəricilərindən biri də qanun qarşısında hamının bərabərliyi prinsipidir. Məsələn, 2011-ci ildə Böyük Britaniyada həbs olunan jurnalist Cimmi Savilin adı pedofiliyada hallananda heç bir yerli media orqanı bunu söz azadlığının məhdudlaşdırılması və ya jurnalistə təzyiq kimi dəyərləndirmədi. Söhbət Azərbaycana gəldikdə isə yanaşma və şərh tamam başqa xarakter alır, xüsusilə də Bakıda keçirilən hansısa genişmiqyaslı tədbirlər ərəfəsində. Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı ayrı-ayrı Qərb mətbuatında yazılan “ifşaedici” məqalələr ölkənin əhalisi tərəfindən təbii olaraq narazılıqla qarşılandı. Artıq Qərb mediası və təşkilatlarının hansısa irimiqyaslı tədbir ərəfəsində təşkilatçı ölkələrə qarşı kampaniyası o qədər açıq və əcaib forma alıb ki, bunu həmin kampaniyada iştirak etməyən xarici jurnalist dairələri də aydın şəkildə hiss etməyə başlayıblar. Məsələn, İspaniyanın larepublica.es saytı yazır ki, Çin Olimpiadası zamanı, eləcə də Rusiyada keçirilən oyunlar vaxtı bu ölkələrə göstərilən təzyiqlər hamının yadındadır. Təəssüf ki, bəzi ölkələr öz siyasi maraqları naminə bu cür idman yarışlarından ev sahibi dövlətlərə qarşı istifadə edirlər. Azərbaycan uzun illərdir ki, qonşu Ermənistanla münaqişədədir. XX əsrin sonlarında isə ölkənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisinin 20 faizini Ermənistan işğal edib. Avropa Oyunlarının keçirilməsi, təbii ki, Azərbaycanın müsbət imicini yaradır və bu, münaqişənin digər tərəfi olan Ermənistan tərəfindən heç də xoş qarşılanmır. Əgər Azərbaycanda vəziyyət həqiqətən də bu cür acınacaqlı olsaydı, Avropanın rəsmi qurumları indiyədək mütləq bu ölkəyə eyni təzyiqləri göstərərdilər.

Azərbaycan rəsmilərinin dəfələrlə bildirdikləri kimi, ölkəyə qarşı qərəzli fikirlər səsləndirən və “insan haqlarının müdafiəçiləri” qismində çıxış edən qurumlar Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiyindən didərgin düşmüş bir milyondan artıq azərbaycanlının hüququndan ümumiyyətlə danışmırlar. Ona görə də azərbaycanlıların əksəriyyəti bu cür faktı “görməyən və eşitməyən” media qurumlarının hazırkı mövqeyinin Ermənistanın mövqeyi ilə üst-üstə düşdüyünü hesab edir. Axı, Azərbaycanın pis imicdə təqdim olunması və qaçqın və məcburi köçkünlərin diqqətdən kənarda qalması ilk növbədə rəsmi Yerevanın maraqlarına cavab verir! Odur ki, Azərbaycan hakimiyyəti ölkə ictimaiyyətinin həm bu qərəzli kampaniyaya yanaşmada, həm də ölkədaxili ictimai-siyasi proseslərin gedişində iqtidarı tam dəstəklədiyinə əmindir. Sübut üçün uzağa getmək lazım deyil - “Milli Şura” adı altında birləşmiş müxalifət partiyalarının hakimiyyətlə razılaşdırılmış mitinqlərinə çox az sayda insanın qatılması da müxalifətin özünə tərəfdar toplamaqda nə qədər çətinlik çəkdiyini göstərir.

Lakin dünya mediasinda Azərbaycanda keçirilən Avropa Oyunlarına obyektiv və sırf idman nöqteyi-nəzərindən yanaşanlar da az deyil. İdman bayramını bayağı kampaniya ilə gözdən salmağa çalışanlardan fərqli olaraq, obyektiv və peşəkar müşahidəçilər reallığı yaxşı görür. Xarici müşahidəçilərin apardığı monitorinqlər göstərir ki, Azərbaycanda çoxlu sayda müstəqil media orqanları var ki, hakimiyyətlə bağlı cəsarətli materiallar verir, iqtidarın ünvanına sərt ittihamlar səsləndirir, hətta təhqirlərə də yol verirlər. Bunun müqabilində nə həmin qəzetlər bağlanır, nə də jurnalistlər həbs edilir. Elə isə, bu isterika, eyni tezislər əsasında yazılan və yayılan yalançı ittihamlar, bəzi KİV-lərin və təşkilatların qaldırdığı şivən nə deməkdir? Axı, Azərbaycan siyasi forum, zirvə görüşü və ya sammit deyil, idman yarışı keçirir! Azərbaycan bütün Avropaya bir idman bayramı yaşatmaq istəyir. Cavabında isə qısqanclıq və qərəzlə “mükafanlandırılır”.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov əminliklə bildirir ki, bəzi qurumların və media orqanlarının apardığı bu kampaniya müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Amma bu kampaniyanın arxasında duranlar Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

Payızın ilk “Ulduz”u

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək