Nevada ştatı Həbib Nurmaqomedov və Konor Makqreqor haqqında qərar qəbul edib
Bakı, 29 yanvar, AZƏRTAC
ABŞ-ın Nevada ştatının Atletika Komissiyası (NSAC) yüngül çəkidə çıxış edən rusiyalı UFC çempionu Həbib Nurmaqomedovu və irlandiyalı Konor Makqreqoru cəzalandırıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, buna səbəb Las-Veqasda keçirilən UFC 229 turnirində Həbib Nurmaqomedovun irlandiyalı Konor Makqreqorla titul döyüşündən sonra dava salmasıdır. Qərara əsasən Həbib Nurmaqomedov 9 ay, Konor Makqreqor isə 5 ay müddətində idman yarışlarında iştirakdan məhrum edilib. Bundan əlavə, Həbib 500 min dollar, Konor isə 50 min dollar məbləğində cərimə olunub.
Xatırladaq ki, iki idmançı arasında döyüş oktyabrın 6-da olub. Həbib Nurmaqomedov 4-cü raundda rəqibə qarşı boğucu fənd işlədib və bundan sonra irlandiyalı təslim olub. Döyüşdən sonra zalda qalmaqal baş verib. İrlandiyalı idmançının tərəfdarlarından birinin zaldan Həbib Nurmaqomedova söz atmasından sonra rusiyalı samboçu rinqi tərk edərək azarkeşlə əlbəyaxa olub. Eyni zamanda rinqdə rusiyalının mühafizəçilərindən biri ilə Makqreqor arasında əlbəyaxa dava baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]