Nevada ştatında Milli Azərbaycan Günü haqqında proklamasiya qəbul edilib
Vaşinqton, 16 iyun, AZƏRTAC
Nevada ştatının dövlət katibi Barbara Seqavske Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə proklamasiya imzalayıb.
Ştat administrasiyası bu sənəddə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsini alqışlayaraq qeyd edir ki, AXC-nin yaradılması bütün azərbaycanlılara, o cümlədən ABŞ-da yaşayan 400 min azərbaycanlıya xidmət edir. Bu hadisə böyük Yaxın Şərq regionunda ilk müsəlman demokratiyasının parlaq nümunəsi, Qafqazda və bütün regionda azadlıq və demokratiyanın yayılmasına sanballı töhfədir.
Proklamasiya ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən keçirilmiş kampaniya nəticəsində qəbul edilib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]