Nigerdə qiyamçılar prezidentə yaxın siyasətçiləri həbs etməyə başlayıb
Bakı, 31 iyul, AZƏRTAC
Nigerdə qiyamçılar Prezident Mohamed Bazuma yaxın siyasətçiləri həbs etməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” agentliyi çevrilişdən əvvəlki hakim partiyaya istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, partiyanın rəhbəri, həmçinin energetika və dağ-mədən sənayesi nazirləri həbs olunub. Hərbçilər hakimiyyəti ələ keçirməzdən əvvəl Bazumun lideri olduğu “Niger Demokratiya və Sosializm Partiyası - Taraya” parlamentdə çoxluq təşkil edirdi.
Həbslər Qərbi Afrika İqtisadi Birliyinin fövqəladə sammitinin bir həftə ərzində Nigerin konstitusiya quruluşunu bərpa etmək barədə qiyamçılara müraciəti fonunda aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]