NİİM: Paytaxtda sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir
Bakı, 15 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın bir neçə küçə və prospektində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bununla yanaşı, nəqliyyat sıxlığına səbəb olan halların aradan qaldırılması üçün mərkəzin əməkdaşları mütəmadi yol polisi ilə əlaqədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:39]
Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir
- 30.09.2026 [15:26]
Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb
- 30.09.2026 [14:59]
Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO
- 30.09.2026 [14:07]
ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb
- 30.09.2026 [13:44]