NİYAZİNİN AD GÜNÜNƏ HƏSR OLUNUR
Tədbir Beynəlxalq müsabiqələr laureatı Fəridə Məmmədova və Bakı Musiqi Akademiyasının (BMA) dosenti Ülviyyə Hacıbəyovanın ifasında Niyazinin məşhur “Arzu” romansı ilə başlamışdır.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova maestronun ev-muzeyində təmir və tərtibat işlərinin aparıldığını qeyd etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin musiqi bölməsinin müdiri, BMA-nın professoru Fərəh Əliyeva Niyazinin həyat və yaradıcılığı haqqında danışmışdır. Xalq artisti, bəstəkar Azər Rzayev, Bəstəkarlar İttifaqının birinci katibi, professor Ramiz Zöhrabov, xalq artisti, bəstəkar Musa Mirzəyev və başqaları maestro ilə bağlı xatirələrini söyləmiş, təklif və arzularını bildirmişlər.
Mərasimin bədii hissəsində Niyaziyə ithaf olunmuş əsərlər və Georgi Şaroyev adına 35 saylı musiqi məktəbi şagirdlərinin ifasında görkəmli sənətkarın arxivindən götürülmüş fortepiano üçün etüdlər səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]