Nizami rayonunda növbəti ağacəkmə aksiyası
Bakı, 29 dekabr, AZƏRTAC
Bakının Nizami rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və rayonda fəaliyyət göstərən ictimai birliklərin iştirakı ilə keçirilən aksiyada Şirin Mirzəyev küçəsində səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb, 150-dək yeni ağac əkilib. Təzə əkilən ağaclar suvarılıb, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyanın əsas məqsədi yaşıllıq sahələrinin azalmasının yarada biləcəyi təhlükələrin qarşısını almaq və ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]