CƏMİYYƏT
Nizami Səfərov: Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır, amma onlara əməl etmir VİDEO
Bakı, 10 oktyabr, AZƏRTAC
Müharibə cinayətlərinə görə cəza tədbirlərinin görülməsi beynəlxalq təşkilatların prioritet istiqamətlərindən biridir. Bütün bunlar 4 Cenevrə konvensiyasında nəzərdə tutulur. Amma Ermənistan bütün bunları görməzdən gəlir. Çünki bu konvensiyalar onların günahlar olduqlarını göstərir. Belə ki, Ermənistan Cenevrə Konvensiyasını pozub. Ermənistan asimmetrik müharibə aparıb. Belə ki, onlar mülki obyektlərə ziyan vurub, əsirlərə, girovlara əzab veriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda konfransda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov söyləyib.
N.Səfərov bildirib ki, Azərbaycan və Ermənistan Cenevrə konvensiyalarının iştirakçısıdır və buna əməl etmək onların vəzifəsidir. Lakin Ermənistan bunlara əməl etmir.
“Ermənistan müharibə zonasından kənarda yerləşən obyektləri atəşə tutub və mülki şəxsləri qətlə yetirib. Bundan əlavə, mülki və hərbi obyektləri qadağan edilmiş silahlardan atəşə tutub. Bu silahlar beynəlxalq səviyyədə qadağan edilib. Həmçinin Ermənistan Azərbaycan ərazilərini minalayıb”, - deyə deputat vurğulayıb.